AZ

Həftəsonu yağıntı intensiv olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək yağıntının intensiv olacağı ehtimalı var.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Seçilən
59
33
unikal.az

10Mənbələr