AZ

Ceyhun Bayramov: Avroparlamentin fəaliyyətini real faktlara əsaslanmayan ittihamlar kimi qiymətləndiririk

Avropa Parlamentinin Azərbaycan əleyhinə kampaniya xarakterli fəaliyyəti ədalətsiz və real faktlara əsaslanmayan ittihamlar kimi qiymətləndirilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində Azərbaycanın hədəfə alındığı qətnamələr qəbul edilib:

"Avropa-Azərbaycan arasında əlaqələrdən danışsaq, burada çoxsaylı təsisatlar mövcuddur. Avropa Parlamenti ilə AŞPA-nı daha çox bir neqativ gündəliyi formalaşdıran təsisatlar kimi qeyd edərdim. Avropa Parlamentinin son qətnaməsinə Azərbaycan Milli Məclisi cavab verib".

Nazir Avropa İttifaqının bir sıra təsisatlarının Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb:

"Biz də buna dərhal qarşılıq vermişik. Onlar bu kampaniya nəticəsində öz məramlarını korreksiya edəcəklərsə və hansısa əməkdaşlıqda durğunluq yaransa, edə biləcəyimiz nəsə yoxdur. Açıq əməkdaşlığa maraq olduğu təqdirdə, biz bunu davam etdirəcəyik. Avropa İttifaqı ölkələri Azərbaycan üçün faydalıdır. Avropa Parlamentinin kampaniya xarakterli fəaliyyətini ədalətsiz və real faktlara əsaslanmayan ittihamlar kimi qiymətləndiririk".

Seçilən
65
16
far.az

10Mənbələr