AZ

Sadiq Xan: Tramp Londona qısqanclıqla yanaşır

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Britaniya paytaxtı Londonu mütəmadi olaraq tənqid edir.

Financial Times qəzetinin yazdığına görə, London meri Sadiq Xan Trampın bu münasibətinin ABŞ-da Londonla qlobal miqyasda rəqabət apara biləcək şəhərlərin olmaması ilə bağlı ola biləcəyini bildirib.

Sadiq Xan qeyd edib ki, London ABŞ-ın əsas şəhərləri ilə müqayisədə daha təhlükəsizdir. O, həmçinin Trampın Londona dair ritorikasının Böyük Britaniya və digər Avropa ölkələrində sağçı siyasətçilər tərəfindən təkrarlanmasından məyusluq keçirdiyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl nəzarətsiz immiqrasiya səbəbindən cinayətkarlığın artdığını əsas gətirərək London və Parisdən “nifrət etdiyini” demişdi.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
icma.az

1Mənbələr