ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Reyting.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 308 nəfərdən ibarət 83 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
***
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdam şəhərinə yola salınan köç karvanı şəhərə çatıb, evlərin açarları sakinlərə təqdim edilib.
Reyting.az xəbər verir ki, açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.