AZ

Naxçıvan Muxtar Respublikası üzrə icbari tibbi sığorta ödəniş rekvizitləri yenilənib

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müraciətinə əsasən, Naxçıvan Muxtar Respublikası üzrə icbari tibbi sığorta haqları ilə bağlı büdcə rekvizitləri yenilənib.

Yenilənmiş rekvizitlər icbari tibbi sığorta haqları üzrə vəsaitlərin 2026-cı il yanvarın 1-dən etibarən sığorta haqlarının vaxtında və tam məbləğdə aidiyyəti fondlara köçürülməsinin təmin edilməsi məqsədilə tətbiq olunacaq.

Yenilənmiş büdcə rekvizitləri barədə ətraflı məlumatla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

Seçilən
19
vergiler.az

1Mənbələr