AZ

XİN rəhbəri: 3+3 formatında növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklifimiz qüvvədədir

"3+3 formatında bir neçə elementi nəzərə almalıyıq. Bu formatın təşəbbüskarı Azərbaycandır”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2024-cü ildə Türkiyədə son görüş keçiriləndə növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklif verdik: “Müəyyən səbəblərdən konsensus olmadı və bu təklif yekun sənəddə yer almadı. Təklifimiz qüvvədədir. 3+3 formatının yaranması tarixi İkinci Qarabağ savaşından qısa zaman sonra yarandı".

Seçilən
32
apa.az

1Mənbələr