AZ

Külli miqdarda borcu olan bu gəmiçilik şirkəti nizamnamə kapitalını yarıya endirdi

BAKI, 26 dekabr. TELEQRAF

Azərbaycanda gəmiçilik şirkəti - "SƏMAYƏ CO LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Teleqraf xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.

Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatın alınıb və qanuni təmsilçisi Zərbəliyev Vasif Böyükağa oğludur.

Yeri gəlmişkən bildirək ki, "SƏMAYƏ CO LTD" MMC-nin hazırda dövlətə 124 min 952.22 manat vergi borcu da var.

Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000 tona yaxın neft tankerləri, 2500 tonluq quru yük daşıyan gəmilər və digər gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.

Seçilən
98
6
teleqraf.com

10Mənbələr