AZ

Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib

Bu ilin yanvar-noyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 405 min 700 nəfər təşkil edib.

Ölkə.az Valyuta.az-a istinadla xəbər verir ki, ölkəyə gələnlərin iqtisadi fəallıq statusu üzrə bölgüsü aşağıdakı kimi olub:

Muzdla çalışanlar: 680 min 360 nəfər
Özünü məşğul şəxslər: 662 min 71 nəfər
İqtisadi qeyri-fəal şəxslər: 49 min 74 nəfər
İşsiz şəxslər: 14 min 195 nəfər

İşsiz kimi qeyd olunan turistlərin ölkələr üzrə sayı isə aşağıdakı kimi formalaşıb:

Rusiya Federasiyası – 5 997 nəfər
Türkiyə – 3 537 nəfər
Qazaxıstan – 1 121 nəfər
Özbəkistan – 697 nəfər
Böyük Britaniya – 328 nəfər
Koreya Respublikası – 117 nəfər

Statistikaya görə, ölkəyə səfər edən turistlərin böyük hissəsi əmək fəaliyyəti ilə məşğul olan şəxslərdir.

Seçilən
50
olke.az

1Mənbələr