Bakı. Trend:
23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzindəkeçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Azərbaycan vəTürkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,investisiya mühitinin inkişafı və biznes əlaqələriningenişləndirilməsi baxımından mühüm platforma olub. Forumun başsponsorlarımdan biri qismində çıxış edən Ziraat Bank Azərbaycan,tədbirdə maliyyə sektorunun investisiya proseslərindəki stratejirolunu ön plana çıxarıb.
Forum çərçivəsində maliyyə sektorunun iştirakı ilə təşkil olunanpanel sessiyalarında müasir investisiya maliyyələşməsi yanaşmaları,risklərin idarə olunması, layihələrin düzgün strukturlaşdırılmasıvə dayanıqlı maliyyə modelləri ətrafında geniş müzakirələraparılıb.
Biznesə maliyyə və sığorta dəstək mexanizmlərinə həsr olunmuşpanel sessiyasında çıxış edən Ziraat Bank Azərbaycanın İdarəHeyətinin sədri Dr. Selçuk Demir bildirib ki, bu gün investisiyalayihələrinin uğuru təkcə maliyyə mənbələrinin mövcudluğu ilədeyil, düzgün planlaşdırılmış maliyyə strukturu, sağlam təşkilatimodel və davamlı pul axını ilə müəyyən olunur.
Onun sözlərinə görə, müasir investisiya anlayışında əsas sual“maliyyəni haradan tapmaq” deyil, “maliyyəni necə qurmaq lazımdırki, layihə uzunmüddətli olsun” yanaşmasıdır. Dr. Selçuk Demirvurğulayıb ki, düzgün strukturlaşdırılmamış layihələr ən güclümaliyyə dəstəyi şəraitində belə arzu olunan nəticəni verməyəbilər.
Panel zamanı bankların investisiya layihələrinə yanaşmasındandanışan Dr. Selçuk Demir qeyd edib ki, banklar layihələri yalnızkreditlərin geri qaytarılması prizmasından qiymətləndirmir.Layihələr: iqtisadi səmərəlilik, bazar potensialı, risklərinbalanslı idarə olunması, davamlı pul axını, məşğulluğa və ölkəiqtisadiyyatına töhfə, uzunmüddətli inkişaf imkanları kimi meyarlarəsasında kompleks və sistemli şəkildə təhlil olunur.
Çıxışda investisiya layihələrinin icra müddətinin və təşkilatistrukturunun düzgün qurulmasının da xüsusi əhəmiyyəti vurğulanıb.Bildirilib ki, zamanın effektiv idarə olunmaması layihə xərclərininartmasına, maliyyə yükünün ağırlaşmasına və risklərin yüksəlməsinəsəbəb ola bilər. Bu baxımdan investisiya layihələri üçünmərhələlər, resurs ehtiyacı və icra təqvimi əvvəlcədən dəqiqmüəyyən edilməlidir.
Dr. Selçuk Demir forum çərçivəsində dövlət–bank–biznesəməkdaşlığının investisiya mühitinin gücləndirilməsində oynadığırol da xüsusi vurğulanıb. Dövlət fondları, zəmanət mexanizmləri,faiz subsidiyaları, eləcə də sənaye parkları və azad iqtisadizonalar vasitəsilə yaradılan stimulların investisiya proseslərinisürətləndirdiyi qeyd olunub.
Ziraat Bank Azərbaycanın tərəfdaşlığı ilə keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadiinteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaimkanlarının artırılmasına və uzunmüddətli strateji tərəfdaşlığınmöhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimiqiymətləndirilir. Forum çərçivəsində aparılan müzakirələrAzərbaycan və Türkiyə biznes dairələri arasında yeni əməkdaşlıqimkanlarının formalaşmasına və real investisiya layihələrinintəşviqinə töhfə verib.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalarvasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.