AZ

Limonad aldı, benzin çıxdı - Şikayətçi danışdı

Rusiyada təhlükəli içki barədə xəbərdarlıq edilib.

Publika.az "Mash" "Telegram"a istinadən xəbər verir ki, Sankt-Peterburq sakini aldığı "Aloe Vera" limonadının benzin dadı verməsindən şikayətlənib.

"Bestujevskaya küçəsindəki ticarət mərkəzindən bir şüşə alkoqolsuz içki aldım. İçərkən sanki benzin və kimyəvi maddə dadı verdi. İçəndən dərhal sonra ürəkbulanmadan qaytardım", - deyə şikayətçi bildirib.

O deyib ki, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinə ("Rospotrebnadzor") şikayət ərizəsi ilə müraciət etsə də, hələlik müayinənin nəticələrini almayıb.

Seçilən
31
2
publika.az

3Mənbələr