AZ

Toydan çıxmayan arvadını döydü QAXDA

Lent az saytına istinadən ain.az xəbər verir.

Qaxda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Qapıçay kəndində qeydə alınıb.

27 yaşlı Rüstəm Rzayev (ad və soyad şərtidir) gecə saat 23 radələrində yaşadıqları evdə arvadının başına və hər iki gözünə yumruqla zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Bu əməlinə görə, Rüstəm saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün kənddə toy məclisi varmış. Arvadı ilə həmin məclisdə iştirak edib və evə qayıdarkən qadın toyu tərk edərək, onunla gəlməyib. Nəticədə Rüstəm Rzayev evə tək qayıdıb və arvadı ondan sonra evə gəlib. Bu isə Rüstəmi əsəbiləşdirib. Nəticədə mübahisə zamanı arvadını vuraraq, xəsarətlər yetirib.

Təqsirləndirilən və zərərçəkən şəxs barışdıqlarını deyərək, cinayət təqibinə xitam verilməsini istəyiblər.

Qax rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Rüstəm Rzayev məsuliyyətdən azad olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
lent.az

2Mənbələr