BAKI, 26 dekabr. TELEQRAF
"İşğal dövründə qanunsuz səfər edən şəxslər qara siyahıya salınışdır. Bu siyahı hazırda da qüvvədədir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, işğal dövründə Azərbaycanın icazəsi olmadan həmin ərazilərə qanunsuz səfər etmiş şəxslər ölkənin qara siyahısına daxil edilib:
“Hazırda bu siyahı qüvvədədir. 2000-dən çox şəxsin adı oradadır. Lakin müraciət edən, şəxslər siyahıdan çıxarılır”, – nazir qeyd qeyd edib.