AZ

Azərbaycan şirkətlərinin Türkiyə bazarına çıxışı mövzusunda seminar keçirilib FOTOLAR

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda keçirilən seminarda ölkəmizin özəl sekor nümayəndələri Türkiyə bazarına ixrac prosedurları barədə məlumatlandırılıblar.Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.Tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər. Seminar çərçivəsində iştirakçılar türkiyəli mütəxəssislər tərəfindən qardaş ölkənin gömrük sistemi, idxal-ixrac əməliyyatları, məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO və s.), daşınma mexanizmləri, rəqəmsal satış imkanları, eləcə də hüquqi çərçivə barədə ətraflı məlumatlandırılıblar. Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkiyəli potensial alıcılar və şirkət nümayəndələri ilə Azərbaycan istehsalçıları arasında B2B formatında görüş olub. Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
demokrat.az

3Mənbələr