AZ

“ETSN-də bir gün” layihəsi çərçivəsində məktəblilər üçün maarifləndirici görüş keçirilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına məsuliyyətli yanaşmanın formalaşdırılması və təbiətin mühafizəsi sahəsinə marağın gücləndirilməsi məqsədilə həyata keçirilən “ETSN-də bir gün” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.

23 dekabr 2025-ci il tarixində baş tutan tədbirdə Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyinin üzvü olan 12–15 yaş arası məktəblilər iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılara Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub, küləyin sürətini ölçmək üçün istifadə olunan meteoroloji ölçmə cihazları haqqında məlumat verilib, görünüş məsafəsinin ölçülməsi əyani olaraq göstərilib.
Şagirdlərə daha sonra ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşün sonunda uşaqlara simvolik hədiyyələr təqdim olunub.

Seçilən
46
2
ekologiya.az

3Mənbələr