AZ

“Övladlarım geyimlərimi bəyənmirlər”

Müğənni İzzət Bağırov açıqlaması ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, sənətçi oğullarının geyimlərini bəyənmədiyini etiraf edib:

"Övladlarım mənim saatlarımı, aksesuarlarımı, geyimlərimi bəyənmir. Mənimkilərə baxıb deyirlər ki, dəblə getmirsən. Onların isə öz aksesuarları var. Qarderobumda əsasən kostyumlar var, övladlarının isə idman üslubunda geyinirlər. Bu yaxınlarda məktəbdə müəllim böyük oğluma tapşırıb ki, qara kostyum geyinsin, çünki şəkil çəkdirəcəkdilər. O isə ümumiyyətlə kostyum həvəskarı deyil, yalnız idman üslubunda geyinir. Onun pencəyi belə yoxdur. Dedim ki, gedək kostyum alaq. Cavab verdi: 'Mənə bir saatlıq kostyum lazımdır. Onu dolabımda saxlamaq belə istəmirəm'. Dedim, gəl mənim kostyumlarımdan birini geyin. Övladlarımın hamısı idman üslubunda geyinir".

Övladlarım mənim saatlarımı, aksesuarlarımı, geyimlərimi bəyənmir. Mənimkilərə baxıb deyirlər ki, dəblə getmirsən. Onların isə öz aksesuarları var".

Qeyd edək ki, İzzət Bağırovun üç oğul övladı var. 

Seçilən
33
5
olke.az

6Mənbələr