AZ

"Qəbələ" də "Turan Tovuz"un futbolçusunu istəyir

"Qəbələ"nin bu qış hansı yerli futbolçunu sıralarına cəlb etmək istədiyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" "Turan Tovuz"un sağ cinah müdafiəçisi Abdulla Rzayevin menecerinə müraciət ediblər.

Tovuz təmsilçisində əsas heyətə düşməyən Abdulla özü də daha çox oynaya biləcəyi kluba keçməyin əleyhinə deyil. Lakin qərb təmsilçisində aylıq 8 min manat maaş alan oyunçu üçün maddi şərtlər də önəmli məqamdır. Başqa sözlə, Rzayev "qırmızı-qaralar"a yalnız əməkhaqqı məsələsində razılığa gələcəkləri halda, qoşulacaq.

Qeyd edək ki, Abdulla ilə "Karvan-Yevlax" və "Kəpəz" də maraqlanır.

Kamil Xudiyev 

 

Seçilən
45
2
fanat.az

3Mənbələr