AZ

Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Türkiyənin paytaxtı Ankarada İLESAM-ın əsas təşkilatçılığı ilə keçirilən “Türk dünyası elm və ədəbiyyat simpoziumu”nda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim simpoziumun Türk dünyasında akademik iş birliyi ilə bağlı keçirilən panelində məruzə edib. Mehman Həsənli məruzəsində Türk dünyasının tarixi və müasir əsaslarının formalaşmasında ədəbiyyat faktorunun önəmindən bəhs edib.

Simpoziuma Türkiyənin ayrı-ayrı qurumlarının rəhbərləri, müxtəlif universitetlərinin elm adamları, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova (Qaqauz eli), Bosniya və Hersoqovinadan olan alim və mütəxəssislər qatılıb. Dekabrın 24-25-də Türkiyənin Milli Kitabxanasında baş tutan simpoziumda beş paneldə ümumilikdə otuzdan artıq məruzə dinlənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
1
azertag.az

2Mənbələr