AZ

Rusiya: ABŞ ilə təmaslarda dialoqun davam etdirilməsi barədə razılıq əldə edilib



Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə aparılan danışıqların nəticələrini təhlil etdiklərini bildirib və əlavə edib: "(ABŞ ilə təmaslarda) Dialoqun davam etdirilməsi barədə razılığa gəlinib".
Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ rəsmiləri ilə görüşdüyünü xatırladan Peskov, Putinin görüşün nəticələri barədə məlumatlandırıldığını bildirib.
Peskov bildirib ki, "Bu məlumat təhlil edilib. Putinin göstərişlərinə əsasən, Rusiya və Amerika administrasiyalarının nümayəndələri arasında əlaqə qurulub. Telefon danışığı zamanı Rusiya tərəfini (Kreml Xarici Siyasət Məsləhətçisi Yuri) Uşakov, Ağ Evi isə bir neçə nəfər təmsil edib. Onlar dialoqu davam etdirmək barədə razılığa gəliblər."

Peskov Rusiya və ABŞ arasındakı müzakirələrin məzmunu barədə ətraflı məlumat verməkdən imtina edərək bildirib ki, "Hazırda bu, danışıqlar prosesinə mənfi təsir göstərə bilər".

Yaponiyanın hərbi müdafiə büdcəsini artırmaq qərarına münasibət bildirən Peskov deyib: "Bölgədə hərbi xərclər diqqətlə artırılmalıdır və bu, gərginliyin artmasına səbəb olmamalıdır".

aia.az
Tərcümə şöbəsi



Seçilən
38
1
aia.az

2Mənbələr