AZ

Bayram dövründə tələbatın artması... AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2025-ci ildə bazarlarda qiymətlərin yüksəlməsi bir neçə əsas amilin nəticəsidir. İlk növbədə, istehsal xərclərinin artması yem, yanacaq, elektrik enerjisi və əməkhaqqı xərcləri məhsul qiymətlərinə birbaşa təsir göstərir”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə bildirib.O deyib ki, xüsusilə ət məhsullarında idxaldan asılılıq qiymətlərin daha sürətli qalxmasına səbəb olur:“Gündəlik tələbat məhsulları, məsələn, soğan və kartofda isə logistika xərcləri, mövsümi istehsal azalması və bazarda təklifin məhdudluğu qiymətləri artıran əsas faktorlardandır. Bayram dövründə tələbatın artması isə qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. Satıcılar xərcləri kompensasiya etmək üçün məhsul qiymətlərini tez-tez yeniləyir, inflyasiya gözləntiləri isə istehlakçılarda psixoloji təzyiq yaradır. 2026-cı ildə də qiymətlərin yüksəlməsi ehtimal olunur, xüsusilə istehsal məhsuldarlığı artırılmaz və logistika xərcləri yüksək qalarsa. Uzunmüddətli sabitlik üçün isə yerli istehsalın gücləndirilməsi və bazarda rəqabət şəraitinin inkişaf etdirilməsi vacibdir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr