AZ

Tikinti sektorunda YENİLİK: Bu material QADAĞAN EDİLİR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Asbest ötən əsrin ortalarından etibarən geniş istifadə olunan materiallardan biri olub və müxtəlif sahələrdə tətbiq edilib. Ən çox şifer dam örtüklərində, daha sonra kanalizasiya borularında, məhdud həcmdə isə elektronikada və yanğına qarşı qoruyucu vasitələrdə istifadə olunub". Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.O, bildirib ki, asbestin kanserogen və insan orqanizmi üçün zərərli olduğu sübuta yetirildikdən sonra Avropa ölkələri və bir sıra digər dövlətlərdə onun istifadəsi mərhələli şəkildə qadağan olunmağa başlanıb:"Bu qərarlar əsasən asbestin onkoloji xəstəliklərin yaranmasına səbəb olması ilə əlaqədardır. Bu səbəbdən Azərbaycanda da asbestin istifadəsi və ölkəyə idxalı qanunvericilik səviyyəsində məhdudlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə bu materiallardan demək olar ki, istifadə olunmur". Ekspert bildirib ki, əvəzində Azərbaycana daha müasir və təhlükəsiz inşaat materialları idxal edilir:"Bu alternativlər həm qiymət baxımından daha əlverişlidir, həm də tətbiqi daha rahatdır. Məsələn, asbest qatqılı beton boruların daşınması və quraşdırılması çətin olduğu halda, plastik və polietilen borular daha yüngül və istifadədə daha rahatdır. Dam örtükləri sahəsində isə son 15 ildə metal tipli konstruksiyaların və materialların istifadəsi daha geniş yayılıb və bazarda üstünlük qazanıb".Onun sözlərinə görə, bu baxımdan, asbestin ölkədə məhdudlaşdırılması ilə bağlı hər hansı neqativ təsir gözlənilmir:"Eyni zamanda, inşaat materiallarının qiymətlərində artımın baş verməsi də proqnozlaşdırılmır". Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr