AZ

Ülvi Babayev klubunu dəyişir

style='margin-bottom:10px;'>

Azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyada klubunu dəyişəcək.

QOL.az xəbər verir ki, insayder İvan Karpovun məlumatına görə, futbolçu "Spartak" klubu ilə razılığa gəlib. Bildirilir ki, vinger “qırmızı-ağlar”la 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Hazırda tərəflər arasında yalnız son detalların razılaşdırılması qalıb və tibbi baxışın yaxın günlərdə keçirilməsi planlaşdırılır.

Transferin rəsmiləşdirilməsi barədə dəqiq tarix açıqlanmasa da, yayda Babayevin azad agent statusu fonunda kluba qoşula biləcəyi aktualdır.

Qeyd edəkki, bu mövsüm 21 yaşlı futbolçu 15 matçda 5 qol vurub.

Seçilən
79
1
teleqraf.com

2Mənbələr