Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün ilk dəfə Qahirədən Bakıya AZAL tərəfindən birbaşa uçuş həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, uçuşlar həftədə bir dəfə olmaqla cümə günləri gerçəkləşdiriləcək.
Uçuşların təşkil olunmasında əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan turizm və investisiya potensialının təşviq edilməsi, eyni zamanda Azərbaycan vətəndaşlarının xarici turizm səfərlərinin asanlaşdırılmasıdır. İki ölkə qarşılıqlı səfərlərin intensivləşdirilməsi eyni zamanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişlənməsi imkanlarını da artıracaq.
Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi, müvafiq dövlət qurumları ilə AZALın peşəkar tərəfdaşlığı sayəsində mümkün olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.