Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakının Nizami rayonunda 35 yaşlı kişi arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 11 avqust 2025-ci ildə baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nüsrət həmin gün saat 18:30-da birgə yaşadıqları mənzildə arvadı Nərminə (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisəyə səbəb isə qadının rəfiqələrinin evinə getməsinə icazə verməsi üstündə baş verib. Nüsrət arvadının rəfiqlərinin evinə getməsinə qadağa qoyub. Bu qadağalardan bezən qadən isə ərini təhqir edib. Bu səbəbdən Nüsrət aralarında yaranmış mübahisə zamanı əli ilə arvadının boyun nahiyəsindən vurub. Hadisəni törədən Nüsrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə barışmaları ilə bağlı xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.