AZ

ABİF azad edilmiş ərazilərdə 46 milyon manata yaxın güzəştli kredit verib

Bakı. Trend:

Bu il dekabrın 1-nə qədər İqtisadiyyat Nazirliyinə məxsus"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) işğaldan azadedilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 45,6 milyonmanat güzəştli kredit verib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Eyni zamanda qeyd edilib ki, “İşğaldan azad edilmiş ərazilərdəfəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bubölgələrdə investisiya layihələri həyata keçirən sahibkarlarzəmanət-subsidiya mexanizmi ilə dəstəklənirlər. Mexanizmə əsasənsahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldəetdikləri kreditlərin məbləğinin 90%-dək hissəsinə dövlət zəmanətiverilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindənsubsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək olmaqla 36aya qədər güzəşt müddəti tətbiq edilir.

Bu ilin dekabr ayınadək 43 layihə üzrə sahibkarların banklardanəldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat həcmindəzəmanət verilib. Eyni zamanda bank krediti faizlərininsubsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitinverilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıqsubyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimisahələrdə fəaliyyət göstərərək, həmin ərazilərdə iqtisadiyyatıncanlanmasına töhfə verirlər.

Bu mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə"Elektron kredit və zəmanət” informasiya sistemi fəaliyyətgöstərir. Sahibkarlar kredit təşkilatına getmədən elektroninformasiya sistemi vasitəsilə müraciətlərini ünvanlayabilərlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətininstimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi iləyanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davametdirilir. Fond tərəfindən işğaldan azad edilmiş ərazilərdəfəaliyyət göstərən sahibkarlara bu ilin dekabrınadək ümumilikdə45,6 milyon manat güzəştli kredit verilib. Təqdim edilən maliyyəalətləri bu ərazilərdə yeni təsərrüfat subyektlərinin yaranmasınaşərait yaradır və mövcud bizneslərin genişlənməsi üçün əlverişliimkanlar təqdim edir.

Məqalədə:
Seçilən
95
10
az.trend.az

10Mənbələr