AZ

Paşinyan: Ermənistan 2026-cı ildə Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərində irəliləyiş gözləyir

2026-cı ildə "Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq ki, bu da Ermənistan üçün böyük bir fürsətdir.

"Far.Az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dekabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsində çıxış edərkən bəyan edib.

"Biz 2026-cı ildə TRIPP-in praktiki mərhələsinə daxil oluruq, lakin biz bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırışdır, lakin digər tərəfdən, bu çox böyük bir imkandır. Çünki bu gün biz 8 avqust 2025-ci il tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və bu texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək", - Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, həm də Ermənistan-Türkiyə sərhədində irəliləyiş gözləyir.

Seçilən
87
9
far.az

10Mənbələr