AZ

Ülvi Babayev Rusiya nəhənginə transfer olunur 

Azərbaycan əsilli futbolçu Ülvi Babayev Rusiyanın “Spartak” klubu ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli mətbuatda xəbərlər dolaşır. 21 yaşlı vingerlə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Artıq tərəflər arasında razılıq əldə olunub. Yalnız son detallar və tibbi baxış qalıb.

Bu mövsüm Babayev “Dinamo” forması ilə 15 oyunda 5 qol vurub və yayda azad agent statusu ilə komandasını dəyişəcəyi gözlənilir.

Seçilən
40
idmanxeber.az

1Mənbələr