AZ

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib FOTOLAR

Adelet.az saytına istinadən ain.az xəbər verir.

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.“Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edərək, vəhşi təbiətin mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusilə qeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırdığını diqqətə çatdırıb.Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu olduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilham mənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb.

Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ən vacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunmasın önəmli yer tutduğunu qeyd edib. Yeni sikkə-xalça kolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği və biomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədi daşıdığı bildirilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən 3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və “Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça” ASC-nin gələcək planları və əsas hədəflərindən tədbir iştirakçılarına xəbər verib.

Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü - ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ xalçalarla tanış olublar.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
7
adalet.az

8Mənbələr