
“Müharibənin dayandırılması ilə bağlı danışıqlar aparan rusiyalı müzakirəçilər Ukraynada ərazi güzəştləri ilə bağlı referendumun keçirilməsi üçün atəşkəsin zəruri olduğu barədə razılığa gəliblər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məqaləsi amerikalı danışıqlarçıların son vaxtlar əldə etdiyi irəliləyişlərə diqqət yetirir.
“Biz ruslar və ukraynalılarla mümkün olan maksimuma nail olduq. Son iki həftədə bütün keçən illə müqayisədə daha çox irəliləyiş var”, - ABŞ rəsmisi bildirib.
Nəşr Ukrayna rəsmilərinə istinadən bildirir ki, ölkə başçısı Volodimir Zelenski dekabrın 28-də ABŞ Prezidenti Donald Trampla sülh planı üzrə razılığa gəlməyə çalışacaq.
Bildirilib ki, sülh planının əksər elementləri artıq ABŞ və Ukrayna arasında razılaşdırılıb. Bunlara Kiyevin ABŞ və Avropadan alacağı NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri daxildir.