15-29 yaş aralığında olan şəxslər arasında ölüm hallarının əsas səbəbi yol-nəqliyyat hadisələridir.
Xezerxeber.az xəbər verir ki, son zamanlar gənclərin iştirakı ilə baş verən qəzalara tez-tez rast gəlinir. Qəzaların sayı azlasa da ölüm hallarında yeniyetmə və cavanların sayı həyəcan təbili deməkdir.
Sürücülər də deyir ki, qəzaların əsas səbəbi o yaşda olan şəxslərin yol hərəkəti qaydalarına əməl etməməsidir.
Gənc kateqoriyadan olan sürücülər də qaydaları pozduqlarını təsdiqləyir.
Baş Dövlət Yol Polisindən qeyd edildi ki, bu ilin 11 ayı ərzində ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, 15-29 yaş aralığında 186 nəfər həyatını itirib. Bu yaş qrupu həm azyaşlıları, həm də artıq aktiv yol hərəkəti iştirakçısı olan gəncləri əhatə edir.
BDYPİ bir daha sürücü və piyadaları diqqətli olmağa çağırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.