“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi
(Support for Information and Social Initiatives Public Union)
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi 31 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır.
Birlik ümumi maraqlar əsasında birləşmiş şəxslər tərəfindən yaradılmış, könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında fəaliyyət göstərən, əsas məqsədi gəlir əldə etmək olmayan və əldə edilən gəliri üzvləri arasında bölməyən qeyri-kommersiya təşkilatıdır. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Məqsədi
Birliyin əsas məqsədi informasiya təşəbbüslərinə dəstək göstərmək, ictimai, sosial, təhsil və humanitar sahələrdə davamlı inkişafa töhfə verməkdən ibarətdir.
Fəaliyyət istiqamətləri
• informasiya azadlığının təmin edilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək;
• ictimai, sosial və humanitar sahələrdə informasiya təminatının inkişaf etdirilməsinə yardım göstərmək;
• jurnalistlər arasında peşəkarlığın, əməkdaşlığın və peşə etikasının təbliğini təşviq etmək;
• ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləmək;
• ictimai, sosial, təhsil və humanitar sahələrdə davamlı inkişafı təşviq edən layihələr həyata keçirmək;
Rəhbərlik
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadədir. O, eyni zamanda vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən QHT.az və ictimaishura.az platformalarının rəhbəridir.