AZ

Naxçıvan idmançıları 2025-ci ildə 443 medal qazandılar

 

Naxçıvan idmançıları 2025-ci ildə ölkə və beynəlxalq səviyyəli yarışlarda 197-si qızıl, 129-u gümüş, 117-si bürünc medal olmaqla ümumilikdə 443 medai qazanıblar.

Fanat.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının idman sahəsində və ictimai həyatında fərqlənən qabaqcıl gənclərin mükatandırılması mərasimində gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov deyib.

İdmançılardan ikisi dünya çempionatının, 87-si beynəlxalq turnirlərin, 106-sı isə Azərbaycan çempionatının qalibi olub.

 

Seçilən
1
fanat.az

1Mənbələr