AZ

Hicama ilə müalicə düzgündürmü?

Son zamanlar insanların hicama müalicəsinə marağı artıb. 

Bir çox xəstəxanalarda da bu proses həyata keçirilir.

Hicama ilə müalicə düzgündürmü? 

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Hit.az-a bildirib ki, tibbdə tətbiq edilən xalq təbabətinə aid edilən bütün metodların bu və ya digər dərəcədə elmi əsası var: 

"Amma bu o demək deyil ki, istənilən vaxt, istənilən şəxs bunu edə bilər. Məsələn xəstənin ciddi anemiyası, talasimiya daşıyıcılığı, hemoqlobinopatiyası varsa, ona zəli qoymaq olmaz. Həmçinin hicamanı da hər kəsə etmək olmaz. Hicamada bəzi şeylər nəzərə alınmalıdır. Gigiyenik qaydalara riayət edilməlidir. Alətlər birdəfəlik istifadə üçün olmalıdır. Əslində qan alma məsələnin həlli deyil. Keçmişdə təzyiqə qarşı dərmanlar olmadığı üçün qan alma üsulundan istifadə edilirdi. Artıq yeni dövrdə müəyyən preparatlar var. Xəstəliyi bilib bilmədən türkəçarə üsullarla müalicə etmək daha da pis nəticələrə gətirib çıxara bilər".

Sevinc

Seçilən
19
hit.az

1Mənbələr