AZ

Rusiyada ŞOK HƏBSLƏR – Zelenskiyə dua etdikləri üçün… – ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin sağlamlığı üçün dualar edildiyi iddia olunan toplantı hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb.

NOCOMMENT.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, hadisə ilə bağlı təxminən 70 nəfər saxlanılıb.

Bildirilir ki, Ukrayna ərazisində özünü dini-mənəvi icma kimi təqdim edən bir təşkilat yaradılıb. Təşkilatın təsisçiləri fəaliyyətlərinin əsas məqsədləri kimi şüurun inkişafı, daxili mənəvi yüksəliş və “şəfa vermə” kimi təqdim olunan praktikalar üzrə seminar və mühazirələrin keçirilməsini göstəriblər.

İddialara görə, bu görüşlər zamanı Ukraynadakı müharibənin gedişi ilə bağlı mövzular müzakirə olunub, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski üçün dualar edilib. KİV-lərin yazdığına görə, iştirakçılara Ukrayna Silahlı Qüvvələrinin “işıq qüvvələri” olduğu fikri təlqin edilib.

Müxtəlif Rusiya regionlarından gəlmiş 70-dən çox şəxsin iştirak etdiyi belə toplantılardan biri hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə dayandırılıb.

Qrupun ehtimal edilən liderlərindən biri kimi Olqa Dautovanın adı çəkilir. O, pedaqoji elmlər doktoru, professor olub və “Sankt-Peterburq Pedaqoji Təhsildən Sonra Təhsil Akademiyası” ilə əlaqəli şəxs kimi təqdim olunur.

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır. Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatların açıq şəkildə yayılması maddəsi üzrə cinayət işinin başlanması ehtimalı nəzərdən keçirilir. Həmin maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Seçilən
70
2
nocomment.az

3Mənbələr