AZ

“Sülh kəsişməsi” və TRIPP marşrutu ilə əlaqədar Ermənistanın gömrük xidmətinin işi artacaq Paşinyan

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin işi “Sülh kəsişməsi” layihəsi və TRIPP marşrutunun icrası ilə əlaqədar xeyli artacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsinin rəhbərliyi və əməkdaşları ilə 2025-ci ilin yekunlarına həsr olunmuş görüşdə bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə qeyd olunan layihələr praktiki icra mərhələsinə keçəcək. Buna görə də ölkənin bütün gömrük məntəqələri texniki və peşəkar hazırlıq baxımından yeni səviyyəyə qaldırılmalıdır. Paşinyan əlavə edib ki, bu çərçivədə təkcə Ermənistan–Azərbaycan deyil, həm də Ermənistan–Türkiyə sərhədində yeni proseslər gözlənilir.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan TRIPP (Tramp marşrutu) çərçivəsində ABŞ-a 741 nömrəli marşrutun inkişafı üçün 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar təqdim edəcək. Bu marşrut Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək və Azərbaycan bu yol vasitəsilə Naxçıvanla quru əlaqəsi yaratmağı planlaşdırır. ABŞ tərəfi isə torpağı infrastrukturun qurulması və idarə olunmasına cavabdeh olan konsorsiuma subicarəyə verməyi nəzərdə tutur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
bizimyol.info

1Mənbələr