AZ

Rusiya sülhməramlılları Qarabağdakı daha üç postunu bağlayıb

Bakı. Trend:
Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya
sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti
boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.
Trend xəbər verir ki, bu
barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə
postlarını bağladığını açıqlamışdı.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci
il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan
ərazilərinin bəzi hissələrinə yerləşdirilib.

Seçilən
273
34
yenimedia.az

10Mənbələr