AZ

“Ən təhlükəlilər”... - ABŞ-ın yaydığı SİYAHIDA Azərbaycan vətəndaşları da var

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə ərazisində saxlanılan “ən təhlükəli” xarici vətəndaşların yenilənmiş siyahısını açıqlayıb. Siyahıda Azərbaycan Respublikasının vətəndaşı kimi qeyd olunan üç nəfərin adı yer alıb.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunlar Seymur Əliyev, Tiqran Bedrosyan və Levon Andreasyandır.

Lakin Bedrosyan və Andreasyanın etnik erməni olmaları onların identifikasiyası ilə bağlı suallar doğurur.

Məlumata görə, Seymur Əliyev Kentukki ştatında saxlanılıb və ona qarşı hücum, eləcə də polisə müqavimət göstərmə ittihamları irəli sürülüb. Tiğran Bedrosyan Los-Ancelesdə narkotik maddələrin tətbiqi ilə zorlamada, Levon Andreasyan isə Kaliforniyada hücum, narkotik vasitələrin dövriyyəsi, sərxoş halda avtomobil idarəetmə, oğurluq və sınaq müddətinin dəfələrlə pozulması kimi çoxsaylı cinayətlərə görə həbs edilib.

Seçilən
61
5
publika.az

6Mənbələr