Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sükan arxasında mürgüləyən sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Texas ştatında baş verən hadisə polis avtomobilinin kamerasına düşüb. Belə ki, yol polisi əməkdaşları “Ford” markalı avtomobilin sağa-sola manevr edərək hərəkət etdiyini görüblər. Polislər xidməti avtomobilin sayrışan işıqlarını yandıraraq təqibə başlayıblar. Bir müddət sonra “Ford” idarəetmədən çıxaraq yolun əks istiqamətinə keçib və qarşıdan gələn yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb, lakin, avtomobilə ciddi zərər dəyib.
Yerli polisin məlumatına görə, hadisəyə yaşlı sürücünün sükan arxasında yatması səbəb olub.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.