Avropanın rəmzi komandası bəlli olub.
QOL.az "Goal.com" portalına istinadən xəbər verir ki, jurnalistlər Avropa liqalarının ən yaxşı futbolçularından ibarət rəmzi yığmanı müəyyənləşdiriblər.
Rəmzi komandanın tərkibi aşağıdakı kimidir:
Qapıçı: Tibo Kurtua ("Real")
Müdafiəçilər: Yurrien Timber ("Arsenal"), Dayo Upamekano ("Bavariya"), Qabriel Maqalyas ("Arsenal"), Nunu Mendeş (PSJ)
Yarımmüdafiəçilər: Pedri ("Barselona"), Vitinya (PSJ)
Hücumçular: Lamin Yamal ("Barselona"), Luis Dias ("Bavariya"), Kilian Mbappe ("Real"), Erlinq Haaland ("Mançester Siti")
Qeyd edək ki, cari mövsüm "Bavariya"nın heyətində 25 oyunda 30 qol vuran Harri Keyn siyahıda yer almayıb.