“Fənərbaxça”nın forvardı Yusif En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Əl İttihad” və "Əl-Əhli" klubları yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “sarı-lacivərlilər” futbolçu üçün 35 milyon avro tələb edir.
Xatırladaq ki, En-Nesiri 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avroya “Fənərbaxça”ya transfer olunmuşdu.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 8 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.
“Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
Sabiq “Yunayted”li açıqladı: “Cerrard məndən daha yaxşıdır”
Braziliya klubu “Milan”ın təklifini rədd edib
"Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubunu çalışdıracaq
Bundesliqadan Super Liqa klubuna