"Şəfa"nın mərkəz müdafiəçisi Vüqar Həsənov gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ona Premyer Liqa klublarından iki real təklif gəlsə də, 28 yaşlı oyunçu iş yerini dəyişmək istəməyib.
Həsənovu rənglərinə bağlamağa cəhd edən elita təmsilçilərindən birinin "Karvan-Yevlax" olduğu dəqiqdir. Yevlax təmsilçisinin çalışdırıcısı Füzuli Məmmədov ötən mövsümün 2-ci yarısında "Mingəçevir"də rəhbərliyi altında oynamış Vüqarı yenidən sərəncamında görmək istəyib. Lakin "Şəfa"dakı durumundan razı olan arxa xətt oyinçusu bölgə komandasına qoşulmaq variantını uyğun saymayıb.
Nihat