AZ

Yaponiyada silahlı hücum - Xəsarət alanlar var

Yaponiyanın Şizuoka prefekturasında yerləşən bir zavodda naməlum şəxs bıçaqlı hücum edib. Hadisə nəticəsində çoxlu sayda insanın xəsarət aldığı bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Mişima şəhərində fəaliyyət göstərən rezin məmulatları istehsal edən zavodda baş verib. 

Yerli hakimiyyət orqanları insident zamanı bir neçə nəfərin yaralandığını, hücumu törədən şəxsin saxlanıldığını və hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Yaponiyanın ictimai yayım qurumu NHK hücum nəticəsində azı 14 nəfərin xəsarət aldığını bildirərkən, Kyodo agentliyi yaralanan 8 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Yaralıların səhhətinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Seçilən
9
manset.az

1Mənbələr