AZ

Rusiya 60 günlük atəşkəsə razılaşarsa... Zelenski

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü ABŞ prezidenti Donald Trampla atəşkəslə bağlı danışıqlar aparacağını deyib.

"Unikal" xəbər verir ki, o, müharibənin sona çatması üçün mümkün cədvəl barədə razılığa gələcəyini gözlədiyini söyləyib. Zelenski qeyd edib ki, Rusiya 60 günlük atəşkəsə razılaşarsa, məsələni referenduma çıxarmağa hazırdır. 

Bundan əlavə, Zelenski, Tramp və bir qrup Avropa liderinin danışıqların gedişatı barədə hər kəsi məlumatlandırmaq üçün şənbə günü telefon danışığı keçirəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
unikal.az

1Mənbələr