AZ

Zelenski: "Rusiya 60 günlük atəşkəsə razılaşsa, məsələni referenduma çıxarmağa hazıram"

BAKI, 26 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşündə müharibənin sona çatması üçün çərçivə, o cümlədən mümkün müddət barədə razılığa gəlməyə ümidini ifadə edib.

Teleqraf xəbər verir ki, Zelenski Rusiyanın 60 günlük atəşkəsə razılaşacağı təqdirdə, məsələni referenduma çıxarmağa hazır olduğunu bildirib.

Zelenski, Tramp və bir neçə Avropa ölkəsinin liderləri şənbə günü münaqişənin həlli üzrə onlayn müzakirə aparacaqlar.

Seçilən
19
teleqraf.com

1Mənbələr