AZ

Paris metrosunda bıçaqlı şəxs qadınlara hücum etdi

Paris metrosunda bıçaqla silahlanmış şəxs üç qadına hücum edərək onları yaralayıb.

"Unikal" bu barədə "Le Parisien" nəşrinə istinadən xəbər verir.

Hücumlar metronun üç stansiyasında baş verib. Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib, onlar yüngül xəsarətlər alıblar. Polisdəki mənbənin sözlərinə görə, qadınlardan biri hamilədir.

Video müşahidə kameralarının köməyi ilə hücum edənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun 2000-ci il təvəllüdlü bir kişi olduğu müəyyənləşib. O, daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Polisdəki mənbə əlavə edib ki, terror versiyası istisna olunur. Böyük ehtimalla, bu, psixoloji tarazlığı pozulmuş şəxsin əməlidir.

Seçilən
58
unikal.az

1Mənbələr