AZ

Özbəkistanın qızıl istehsalı 2030 cu ilə qədər 175 tona çatacaq

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistan 2030-cu ilə qədər mədənlərdə qızıl hasilatı üçün yeni layihələrə başlayaraq qızıl istehsalını 175 tona çatdıracaq. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyev deyib.Dövlət başçısı sənayenin yeni texnoloji səviyyəyə keçirilməsi və əlavə dəyər zəncirinin genişləndirilməsi üçün inkişaf proqramının başlanacağını açıqlayıb.Proqram çərçivəsində sənayedə əlavə dəyər növbəti beş ildə hazırkı 36,5 milyard dollardan ən azı 60 milyard dollara çatdırılacaq, yüksək və orta-yüksək texnologiyalı sektorlarda istehsal həcmi 2,5 dəfə artacaq.Dövlət başçısı qeyd edib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan 52 milyard dollar dəyərində 782 yeni sənaye və infrastruktur layihəsi buna yol açacaq. Gələn il həmçinin 14 milyard dollar dəyərində 228 yeni irimiqyaslı gücün istifadəyə verilməsi planlaşdırılır.Nəvaidə qızıl mədənlərinin çıxarılması üçün 320 milyon dollarlıq layihə istifadəyə veriləcək və əlavə 2 milyon ton filiz emal olunacaq. Həmçinin, Muruntov mədəninin işlənməsinin növbəti mərhələsi və gümüş mədənlərində 2 milyard 300 milyon dollar dəyərində iri layihələr həyata keçiriləcək.Nəticədə, illik 18 milyon ton filiz emal gücü yaradılacaq və 2030-cu ilə qədər qızıl istehsalı 175 tona çatacaq.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
newscenter.az

1Mənbələr