“Qalatasaray” portuqaliyalı yarımmüdafiəçi Ruben Neveşi heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda “Əl-Hilal”la müqaviləsi başa çatacaq 28 yaşlı futbolçu Səudiyyə Ərəbistanından ayrılmağa hazırdır.
Lakin bu transferin reallaşması “sarı-qırmızılar” üçün asan olmayacaq. Belə ki, Neveşlə bağlı Avropanın aparıcı klubları da fəallıq göstərir.
Xüsusilə “Mançester Yunayted” başda olmaqla Premyer Liqa təmsilçiləri portuqaliyalı futbolçu ilə yaxından maraqlanır. Həmçinin “Nyukasl Yunayted” və “Tottenhem”in də Ruben Neveş üçün rəsmi təklif hazırlığında olduğu bildirilir.
Qeyd edək ki, yarımmüdafiəçinin gələcəyi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
Kamil Xudiyev