Yamalın “YouTube” kanalı iki gün ərzində 1 milyondan çox abunəçi qazanıb.
Publika.az xəbər verir ki, “Barselona”nın cinah oyunçusunun kanalının hazırda 1,27 milyon abunəçisi var.
Yamalın evində ekskursiya etdiyi kanalın yeganə videosu 7,1 milyon dəfə izlənilib. Laminin bir milyon abunəçiyə çatması cəmi iki gün çəkib.
“YouTube” 1 milyon abunəçiyə çatdıqda yaradıcılara “Qızıl düymə” verir.