AZ

“Mançester Yunayted” “Nyukasl”ı minimal hesabla məğlub edib - VİDEO

İngiltərə Premyer Liqasında “Mançester Yunayted” və “Nyukasl Yunayted” arasında keçirilən oyun başa çatıb. Matç “Old Trafford”da (Mançester) baş tutub.

İdman.Biz bildirir ki, meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Patrik Dorqu 24-cü dəqiqədə matçın yeganə qolunu vurub.

İngiltərə Premyer Liqasında oynanılan 18 oyundan sonra “Mançester Yunayted” 29 xalla turnir cədvəlində beşinci yerdədir. “Nyukasl Yunayted” 23 xalla 11-ci yerdə qərarlaşıb.

Növbəti turda “Mançester Yunayted” 30 dekabrda “Vulverhempton”u qəbul edəcək, “Nyukasl” isə həmin gün səfərdə “Bernli” ilə qarşılaşacaq.

İdman.Biz
Seçilən
73
1
idman.biz

2Mənbələr