İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Mançester Yunayted” öz meydanında “Nyukasl”ı qəbul edib. Görüş “Qırmızı şeytanlar”ın qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted” - “Nyukasl” - 1:0
Qol: Patrik Dorqu, 24
Bu qələbə sayəsində xallarının sayını 29-a çatdıran “Mançester Yunayted” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Nyukasl” isə 23 xalla 11-cidir.