ABŞ Prezidenti Donald Tramp Nigeriyada terrorçuların bombalanmasını "Milad hədiyyəsi" adlandırıb.
Publika.az bildirir ki, ABŞ lideri "Politico"ya verdiyi müsahibədə Milad gecəsi Nigeriyada terrorçu mövqelərinə edilən hava hücumunun "hədiyyə" olduğunu deyib.
"Onlar bunu daha əvvəl edəcəkdilər... Mən isə dedim ki, "Xeyr, gəlin onlara Milad hədiyyəsi verək"", - Tramp qeyd edib.
Xatırladaq ki, cümə gecəsi Tramp Nigeriyanın şimal-qərbindəki İŞİD mövqelərinə hava hücumu elan edib. 26 dekabrda Nigeriyanın Sokoto əyalətindəki Tanqaza və Tambuval rayonlarına ABŞ dronları zərbələr endirib.